Tənzimlənən Diod Lazerli Absorbsiya Spektroskopiyası (TDLAS) texnologiyasından istifadə edən 5100HD lazer analizatoru bir və ya iki absorbsiya hücrəsi ilə konfiqurasiya edilir. Cihaz qoşa axınlı analizi və/yaxud çoxsaylı analitlərin eyni zamanda ölçülməsini təmin edir. Tənzimlənən diod lazeri texnikası mahiyyət etibarilə fiziki təmasa uğrayan zondlara təsir edən bir çox problemləri, o cümlədən çirkləndirici maddələrin çoxsəviyyəli təsirini və prosesdə qəfil nasazlıqlara görə ölçmə reaksiyasının gecikməsini istisna edir. Cihazda nümunə üzrə ortaq optik yola malik olan iki ayrıca lazerin quraşdırılması mümkündür. Bu, prosesdə ikinci analizatorun istifadə edilməsi zərurətini aradan qaldıraraq xərclərə ciddi şəkildə qənaət edilməsini təmin edir. Su buxarı, metan, hidrogen-sulfid, karbon-dioksid, asetilin və oksigen səviyyəsini ölçən 5100HD TDLAS karbohidrogen emalı və təbii qaz sənayelərində tətbiq üçün nəzərdə tutulub. Lazerə əsaslanan, sınaqdan keçmiş ölçmə nümunələrin heç bir halda əsas optik komponentlərlə təmasda olmamasına zəmanət verir. Bu, o deməkdir ki, qaz axını nə işıq mənbəyinə, nə də detektora təsir etmir, nəticə etibarilə çirklənmə və ya zədələnmə riski aradan qaldırılır. 5100HD TDLAS lazerin arzuedilən dalğa uzunluğunda sabitlənməsi üçün etalon hücrəsindən istifadə edir. Müşahidə edilən spektrdə istənilən cüzi dəyişiklik lazerin lazımi dalğa uzunluğuna sazlanması üçün əks əlaqə kimi istifadə edilir. Beləliklə, lazerin arzuedilən absorbsiya xəttinə kilidlənməsi real zamanda təsdiq olunur. Açıq havada və ya təhlükəli ərazilərdə quraşdırılmaq üçün IP 65/Type 4X korpusuna malik olan 5100HD TDLAS nümunələrin tam inteqrasiya edilmiş emalı sistemi ilə konfiqurasiya edilə və fərqli əlverişsiz mühitlərdə istismar edilə bilər. 5100HD TDLAS qoşa analit və ya yüksək şehlənmə nöqtəsinə malik axınlar üçün nəzərdə tutulmuş ekstraktiv tipli TDLAS analizatorudur.