XP2i Rəqəmsal manometri

XP2i rəqəmsal manometrləri sahədə, o cümlədən təhlükəli şəraitlərdə və ya laboratoriya şəraitlərində mütləq və izafi təzyiqin dəqiq şəkildə ölçülməsi üçün nəzərdə tutulmuşdur.
XP2i manometrlərinin nisbi xəta səviyyəsi 0,1% təşkil edir. Kalibrator zərbə, vibrasiya, təzyiq yüklənməsi və ya təzyiqin qəflətən dəyişməsinə məruz qaldıqda ölçmə dəqiqliyi, praktiki olaraq, dəyişmir. Nisbi vahidlərdə xətanın standartlaşdırılması dörd mexaniki manometrin bir XP2i rəqəmsal manometri ilə əvəz edilməsinə imkan verir. Bu, kalibrləmə/yoxlama zamanı istismar xərclərinin ciddi şəkildə azaldılmasına yol açır.
Daha dəqiq ölçmələr tələb olunarsa, nisbi xəta səviyyə 0,02% və 0,05%-dək (seçimlər) azaldılmış XP2i manometrləri təchiz edilə bilər.
XP2i rəqəmsal manometrləri (0Ex ia IIC T4 / T3 Ga X standartlarının qığılcım təhlükəsizliyinə müvafiq şəkildə yerinə yetirilməsi) tövsiyə edilən akkumulyator istifadə edildiyi halda təhlükəli zonalarda iş üçün sertifikatlaşdırılmışdır.
XP2i manometrləri xarici təsirlərə qarşı müdafiəyə görə IP67 reytinqinə malikdir. Bu, manometrin toz daxil olmasından qorunmasını, habelə 30 dəqiqə ərzində 1 m-dək dərinliyi olan suda batdıqda işlək olmasını təmin edir. Manometrin korpusu korroziya və rütubətə qarşı son dərəcə davamlı olan, nikellə örtülmüş tökmə alüminiumdan hazırlanmışdır. Diafraqma sensorun çirklənmə və yüklənmədən qorunmasını təmin edir.
Təzyiq yüklənməsi və yerə düşmədən sonra manometrlərin çoxunun göstəriciləri düzgün olmur. Bunu yalnız növbəti kalibrləmə/yoxlama zamanı öyrənə bilərsiniz. XP2i sensorları zədələnmədən və ya dəqiqliyi itirmədən ciddi yüklənməyə (yuxarı həddin 650%-dək) davam gətirə bilir. Sensor zədələndiyi halda, XP2i manometrinin özünüyoxlama sistemi onun istismar edilməsinə imkan vermir.
Bundan başqa, XP2i manometrləri "Det Norske Veritas" şirkətinin standartlarına uyğun olaraq dənizdə istifadə üçün sertifikatlaşdırılmışdır.
Ametek şirkəti kalibratorları və rəqəmsal manometrləri üçün əllə sıxılma, o cümlədən yüksək təzyiqin (70 MPa-dək) üçün unikal CPF birləşmə və fitinqlər sistemi (Crystal Pressure Fitting) hazırlamışdır. CPF fitinqləri kalibratorları, rəqəmsal manometrlər, kalibrləmə nasosları və yoxlanılan ölçmə vasitələri üçün sürətli və etibarlı birləşmə təmin edir. Müştərinin sorğusu əsasında, bütün geniş istifadə edilən yivli birləşmə tipləri (NPT, BSP, M20x1.5 və s.) üçün xüsusi olaraq seçilmiş şlanqlar və fitinq və adapter dəstləri təchiz edilə bilər.
Əlavə olaraq seçilməsi mümkün olan DataLoggerXP proqram təminatı manometri bir düymənin basılması ilə işə salın portativ dataloqqerə çevirir. Bundan sonra cihaz təzyiqin cari göstəricisi, orta təzyiq göstəricisi, habelə onun maksimal və minimal göstəriciləri kimi parametrləri saniyədə 1 dəfə və ya daha gec tezliklə qeydiyyata ala bilər.
Dataloqqer seçimi sizin 32 000-dək ölçməni qeydiyyata almağınıza imkan verir. Dataloqqer qeydedici cihazı əvəz edir və boru kəmərlərində sızıntı olmasının yoxlanması və quyu təzyiqinin nəzarətdə saxlanması, habelə dövri və qeyri-stasionar proseslərin qeyd edilməsi üçün tələb olunur.

XP2i Rəqəmsal manometri
pdf