Beamex MC4 sənədləşmə aparan çoxfunksiyalı kalibrator

Beamex MC4 prosesin sənədləşməsini aparan kalibratordur. Kalibrlənən cihazın məlumatları kompüterdən MC4-ə göndərilə və kalibrləmə nəticələri MC4-dən Beamex CMX kalibrləmə proqramının quraşdırıldığı kompüterə yüklənilə bilər. Çoxfunksiyalı bir kalibrator olaraq MC4 təzyiq, temperatur və elektrik siqnalları kimi fərqli proses parametrlərinin kalibrlənməsi üçün münasibdir. Yüksək dəqiqlik MC4-ün ən vacib xüsusiyyətlərindən biridir. MC4-ün standart xüsusiyyəti onun dəqiqliyinin dəlili olaraq təsdiq edilmiş kalibrləmə sertifikatı ilə birlikdə təchiz edilməsidir. Temperaturun kalibrləmə dəqiqliyini daha da təkmilləşdirmək üçün MC4-də PRT nümunələrinin düzəliş əmsallarını proqramlaşdırmaq mümkündür. Geniş qrafik displey, çoxdilli istifadəçi interfeysi və menyular, habelə tam həcmli rəqəmli klaviatura cihazın istifadəsini asanlaşdırır.