Qığılcımdan təhlükəsiz sahə kalibratoru və kommunikator Beamex MC6-Ex

MC6-Ex ekstremal istismar şərtlərində istifadə üçün nəzərdə tutulmuşdur. Heç bir başqa Ex-kalibrator funksional və dəqiqlik baxımdan MC6-Ex kalibratoruna üstün gələ bilməz. ATEX, IECEx tərəfindən və Şimali Amerikada sertifikatlaşdırılmış MC6-Ex partlayış potensialının olduğu mühitlərdə, misal üçün, yanar qazın ola biləcəyi ofşor və sahil neft-qaz platformalarında, neft emalı, kimya və neft-kimya zavodlarında istifadə edilməlidir. Eyni zamanda, o, farmasevtika, energetika və qaz emalı sənayesində də istifadə edilə bilər. MC6-Ex kalibratoru ilə yanğın təhlükəsi yaradan işlər üçün icazənin alınmasına, qaz detektorları kimi əlavə təhlükəsizlik avadanlığının istifadə edilməsinə ehtiyac yoxdur. Bu avadanlıq digər Ex avadanlıqlarının zədələnməsi, yaxud onların təhlükəsizlik sxemlərinin zərər görməsi riskini də azaldır. MC6-Ex ən təhlükəli zonada – Zone 0-da istifadə üçün təsdiq edildiyindən, istənilən təhlükəli zonada iş zamanı çox təhlükəsiz və sadə seçimdir. MC6-Ex mükəmməl funksionala malik olan müasir, yüksək dəqiqliyə malik kalibrator və kommunikatordur. O, təzyiq, temperatur və müxtəlif elektrik siqnallarının kalibrlənməsini təmin edən, sənədləşmə aparan, çoxfunksiyalı kalibrator və kommunikatordur. O, HART, FOUNDATION Fieldbus H1 və Profibus PA protokolu əsasında işləyən qurğular üçün nəzərdə tutulmuş sahə kommunikatoruna da malikdir. IP65 dərəcəli toz və suyadavamlı korpus, erqonomik dizayn və istifadənin asanlığı MC6-Ex-i sahədə istifadə üçün ideal ölçmə qurğusu edir. NiMH ağıllı akkumulyator bloku sahə şərtlərində dəyişdirilə və həm kalibratorun daxilində, həm də kənarda enerji yığa bilər. MC6-Ex beş fərqli iş rejiminə malik olan qurğudur. Bu, o deməkdir ki, sürətli və istifadəyə asan cihaza sahib olmaqla sahə işi zamanı daha az avadanlıq daşımalı olacaqsınız. İş rejimlərinə aiddir: ölçmə cihazı, kalibrator, sənədləşmə aparan kalibrator, məlumatların qeydiyyata alınması cihazı və sahə kommunikatoru. Bundan başqa, MC6-Ex bulud texnologiyalarına əsaslanan Beamex LOGiCAL kalibrləmə proqramı və CMX kalibrləmənin idarəedilməsi proqramı ilə də işləyir, nəticə etibarilə, kalibrləmə və sənədləşmə işlərinin tam avtomatlaşdırılmasına və elektron qaydada aparılmasına imkan verir. MC6-Ex eyni zamanda müştərinin ERP sisteminə elektron inteqrasiyanın da tərkib hissəsi ola bilər.