Beamex MC6 müasir və yüksək dəqiqliyə malik sahə kalibratoru və kommunikatorudur. O, təzyiq, temperatur və müxtəlif elektrik siqnallarının kalibrlənməsi imkanına malikdir. MC6 HART, FOUNDATION Fieldbus H1 və Profibus PA protokolu əsasında işləyən qurğular üçün nəzərdə tutulmuş tam həcmli sahə kommunikatoruna da malikdir. İstifadə rahatlığı və asanlığı MC6-nın əsas xüsusiyyətləri arasında yer alır. Qurğu çoxdilli istifadəçi interfeysi olan geniş, 5,7 düyümlük rəngli sensor ekrana malikdir. IP65 dərəcəli toz və suyadavamlı korpus, erqonomik dizayn və istifadənin asanlığı MC6-Ex-i farmasevtika, enerji, neft-qaz, iaşə, xidmət, habelə neft-kimya və kimya sənayeləri kimi fərqli sənayelərdə sahə istifadəsi üçün ideal ölçmə cihazı edir. MC6 beş fərqli iş rejiminə malik olan qurğudur. Bu, o deməkdir ki, sürətli və istifadəyə asan cihaza sahib olmaqla sahə işi zamanı daha az avadanlıq daşımalı olacaqsınız. İş rejimlərinə aiddir: ölçmə cihazı, kalibrator, sənədləşmə aparan kalibrator, məlumatların qeydçisi və sahə kommunikatoru. Bundan başqa, MC6-Ex Beamex CMX kalibrləmə proqramı ilə də işləyir, kalibrləmə və sənədləşmə işlərinin tam avtomatlaşdırılmasına və elektron qaydada aparılmasına imkan verir. Yekun olaraq qeyd etməliyik ki, MC6 sadəcə kalibrator deyil.