Kommersiya qazında H2S konsentrasiyası analizatoru model 933.

Həm analizator 933, həm də dayağa quraşdırılmış analizator 933RM unikal ultrabənövşəyi (UB) fotometrik analiz sistemidir və təbii qaz sərfiyatında hidrogen-sulfid (H2S), karbonilsulfid (COS) və metil merkaptanın (CH3SH) aşağı səviyyəli tərkibinin ölçülməsi üçün nəzərdə tutulmuşdur. Uzun müddət avtomatik işləmək imkanına malik olan analizator 933 tam inteqrasiya edilmiş analizatordan və nümunələrin seçilməsi sistemindən ibarətdir. O, H2S və digər kükürd birləşmələrinin konsentrasiyasının artması və ya azalmasına sürətli reaksiya müddətini təmin edir. 933 modelində AMETEK-in nümunələrin frontal elüsiyalı xromotoqrafiya üsulu ilə seçilməsi üçün patentləşdirilmiş metodundan və 900 seriyasından olan, son dərəcə yüksək keyfiyyətli, çoxdalğalı ultrabənövşəyi optik hücrədən istifadə edilir. Bunlar bir araya gələrək ölçmələrin dəqiq və müdaxiləsiz olmasını təmin edir. Karbonilsulfid (COS) və metil merkaptan (CH3SH) səviyyəsinin ölçülməsi üçün əlavə rejimlərin olması sayəsində analizator 933 karbohidrogen emalı, təbii qaz və neft-kimya sənayelərində fərqli sahələrdə tətbiq üçün idealdır.