5100P TDLAS Portativ Analizator

Analizator 5100P, TDLAS tənzimlənən diod lazerli absorbsiya spektroskopiyasından istifadəyə əsaslanan istifadəsi asan portativ analizatordur. O, seçilmiş qaz axınlarında həm su buxarının (H2O), həm də karbon dioksidin (CO2) səviyyəsini ölçmək üçün optimallaşdırılmışdır. TDLAS texnologiyasının sürətli reaksiyavermə və yüksək dəqiqlik kimi üstünlüklərinə malik olan bu qurğu Class I, Division 2, habelə ATEX və IECEx təsnifatına uyğun Zone 2 kimi təhlükəli sahələrdə istifadə üçün sertifikatlaşdırılmış yüngülçəkili, davamlı və mobil platformada təklif edilir. Nümunələrin seçimi üçün quraşdırılmış sistemə malik olan 5100P sürətli və istifadəyə asandır – avadanlığı işlətmək üçün sadəcə nümunə seçimi borusunu qoşmaq, analizatoru işə salmaq və qaz nümunəsi axınını sistemə buraxmaq lazımdır. Ölçmələri uzaq yerlərdə həyata keçirməli, yaxud stasionar analizator qurğularının göstərdiyi nəticələri yoxlamalı olan istifadəçilərin seçimi olan 5100P təbii qaz və digər seçilmiş mühitlərdə H2O və CO2 səviyyəsinin monitorinq edilməsi üçün nəzərdə tutulub. Qurğuda istifadə edilən təmassız zondlama texnologiyası lazer mənbəyini və detektoru prosesdən kənar tutur. Bu, qurğunun müntəzəm şəkildə kalibrlənməsinə, sensorun təmizlənməsinə olan ehtiyacı və prosesə çirkləndiricilərin göstərdiyi mənfi təsiri azaldır, nəticə etibarilə, nazazlıq olmadan iş müddətini artırır və mülkiyyətçinin ümumi xərclərini azaldır. Hər bir 5100P analizatoru zavodda kalibrlənir və göndərilmədən əvvəl sınaqdan keçirilir. Qurğuda obyektdə işləyərkən dalğa uzunluğunun hər hansı şəkildə dəyişməsinin qarşısını almaq üçün daxili etalondan da istifadə edilir. Davamlı xətti-qapalı nəzarət və lazer mənbəyinin çıxışına nəzarət ölçmələrin dəqiqliyinə zəmanət verir. TDLAS texnologiyası sensoru tarazlaşdırmaq ehtiyacı səbəbindən gecikmədən yoxlanılan qazın H2O və ya CO2 tərkibinin dəyişikliklərinə dərhal reaksiya verir. Bu, daha qısa müddətdə daha çox ölçmənin aparılmasına imkan verir. 5100P seçilmiş qaz axınlarında rütubətliyin və ya karbon dioksidin ölçülməsi üçün nəzərdə tutulmuş, portativ TDLAS həllidir.