Zəngin texniki imkanlara malik olan 5100 TDLAS (Tənzimlənən Diod Lazerli Absorbsiya Spektroskopiyası) lazer analizatoru kritik sənaye tətbiqləri üçün yüksək həssaslığa malik, analit üçün spesifik, sürətli reaksiya verən ölçmələr təklif edir. O, kompakt və qənaətli korpusda bir araya gəlmiş vahid absorbsiya hücrəsindən və nümunələrin inteqrasiya edilmiş götürülməsi sistemindən ibarətdir. 5100 TDLAS lazerin arzuedilən dalğa uzunluğunda sabitlənməsi üçün etalon hücrəsindən istifadə edir. Müşahidə edilən spektrdə istənilən cüzi dəyişiklik lazerin lazımi dalğa uzunluğuna sazlanması üçün əks əlaqə kimi istifadə edilir. Beləliklə, lazerin arzuedilən absorbsiya xəttinə kilidlənməsi real zamanda təsdiq olunur. Texnoloji və dəm qazlarında su buxarı, metan, hidrogen-sulfid, karbon-dioksid və ya oksigen səviyyəsini ölçməyə qadir olan 5100 TDLAS karbohidrogen emalı və təbii qaz sənayelərində tətbiq üçün idealdır. Təmassız TDLAS texnologiyası lazer mənbəyini və detektoru prosesdən kənar tutmaqla texniki xidmət ehtiyacını azaldır. 5100 TDLAS cihazında analitik etalonda nasazlıq yaranması digər analizatorlarda olduğu kimi bir neçə həftə və ya aydan sonra yox, on il sonra baş verir. Etalon hücrəsi diod lazerinin düzgün dalğa uzunluğunda işləməsini təmin edərək ölçmə zirvələrində istənilən dəyişikliyin qarşısını alır. Bu, ölçmələrdə hətta bir nanometrdən bir hissəsi ilə dalğa uzunluğunun dəyişməsi nəticəsində yaranan səhvlərin olmadığına əminlik verir. Siqnalların tam rəqəmsal emalı 5100 TDLAS cihazının lazer gücünün daha dəqiq idarə edilməsinə imkan verir. Bu, hətta fon maneələrinin yüksək olduğu şərtlərdə də daha etibarlı və dəqiq nəticələr əldə etmək üçün şərait yaradır, ölçmələrin prosesin effektivliyini dəstəkləməsini təmin edir. 5100 TDLAS tək analit üçün etibarlı TDLAS qaz analizatorudur.