Beamex MC2 portativ proses kalibratoru

Beamex MC2 sahədə istifadə üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli əl kalibratorudur. MC2 kompakt və istifadəsi asan əl kalibratorudur. Onun iri qrafik displeyi, menyuya əsaslanan interfeysi və tam həcmli rəqəmli klaviaturası var. Beamex MC2 sənədləşmə aparan kalibratordur və Beamex İnteqrasiya edilmiş Kalibrləmə Həllərinin tərkibinə daxildir. MC2 geniş qrafik displeyə, çoxdilli interfeysə və tam həcmli rəqəmli klaviaturaya malik olan kompakt, yüngül çəkili, portativ kalibratordur. Bu cihaz vasitəsilə kalibrləmə sürətlə və asanlıqla həyata keçirilir. Kalibrator izlənən, təsdiq edilmiş kalibrləmə sertifikatı ilə birlikdə təchiz edilir. Zərbədən qorunma funksiyasına və membranlı klaviaturaya malik olan MC2 davamlı materialdan hazırlanıb və intensiv istifadə üçün nəzərdə tutulub. MC2 daxili və xarici təzyiq modulları kimi bir sıra konfiqurasiya imkanları təmin edir.