Beamex MC6-T çoxfunksiyalı portativ temperatur kalibratoru və kommunikator

Beamex MC6-T temperaturun kalibrlənməsi üçün son dərəcə universal funksionala malik portativ avtomatik sistemdir. O, özündə müasir temperatur quru blokunu və prosesin kalibrlənməsi üzrə çoxfunksiyalı Beamex MC6 texnologiyasını birləşdirir. O, başqa heç bir temperatur kalibratorunun üstün gələ bilməyəcəyi universallıq təklif edir. Temperaturun generasiyası, habelə temperaturun və elektrik siqnalallarının ölçülməsi və simulyasiya edilməsi imkanı verən bu avadanlıq, sözün əsl mənasında, unikal funksionala malikdir. MC6-T temperaturun kalibrlənməsi funksiyası ilə yanaşı elektrik parametrlərini və təzyiqi də kalibrləşdirir. Davamlı, yüngül və daşınması asan sahə kalibratoru MC6-T temperaturun kalibrlənməsi üçün mükəmməl metroloji xüsusiyyətlər və dəqiqlik təmin edir. Kalibrator sənaye səviyyəsində istifadə üçün nəzərdə tutulmuşdur və ətraf-mühitin fərqli şərtlərinin və dəyişən cərəyan gücünün dayanıqsızlığının göstərdiyi mənfi təsiri minimal həddə çatdırmağa kömək edir. İri çoxdilli rəngli sensor ekran, habelə rəqəmsal və qrafik görüntülər bir neçə dildə təqdim edilən istifadəyə asan sistemdə bir araya gəlir. MC6-T HART, FOUNDATION Fieldbus H1 və Profibus PA protokolu əsasında işləyən cihazlar üçün nəzərdə tutulmuş, quraşdırılmış sahə kommunikatoruna malikdir. Bu, ayrıca sahə kommunikatorunun daşınmasına ehtiyac olmadan müasir ağıllı cihazların kalibrlənməsi, konfiqurasiyası və sazlanmasını bir qurğu ilə həyata keçirməyə imkan verir. MC6-T kalibrləmənin idarəedilməsi proqramı ilə qarşılıqlı əlaqə quraraq tam rəqəmsallaşdırılmış, kağız sənədləşmə tələb etməyən kalibrləmə prosesi və sənəd bazası yaradan, sənədləşmə aparan kalibratordur. Təkrar enerji yığan daxili akkumulyator MC6-T kalibratorun prosesin kalibrlənməsi funksionalını elektrik enerjisi olmadan istifadə etməyə imkan verir. Şəbəkə elektrik enerjisi yalnız temperatur quru blokunun isidilməsi və soyudulması üçün tələb olunur. Kalibrator MC6-T-nin düz səthdə yerləşdirilməməsi datçiki, xəbərdarlıq lampası və artıq qızmadan avtonom qoruma kimi bir sıra unikal təhlükəsizlik funksiyalarına malikdir.