HPC40 seriyalı kalibratorlar (bir daxili təzyiq modullu HPC41, iki daxili təzyiq modullu HPC42) aşağıdakıların sahə və ya laboratoriya şəraitində yoxlanması və kalibrlənməsi üçün nəzərdə tutulmuşdur
- İzafi, mütləq və diferensial təzyiq, habelə cərəyanın göstərilməsi və qeydiyyata alınması üçün siferblatlı və rəqəmsal cihazlar;
- müxtəlif növ təzyiq çeviriciləri;
- təzyiq relesi, texniki manometrlər;
- təzyiq siqnalizatorları.
Əsas xüsusiyyətlər:
- Bir (НРС51) və ya iki (НРС52) daxili modullu modellər;
- APM xarici təzyiq modullarınıa qoşmaq imkanı;
- Təzyiqin ±0,025% nisbi xəta ilə -0,1 ... 100 MPa diapazonunda ölçülməsi;
- Barometrik təzyiqinin ölçülməsi modulu (seçimi) olmaqla, izafi və mütləq təzyiqin eyni modullarla ölçülməsi;
- İş təzyiqində diferensial təzyiqin (təzyiq düşməsi) ölçülməsi (iki təzyiq modulu quraşdırıldıqda);
- Nisbi xəta səviyyəsi ±0,015% olmaqla elektrik siqnallarının (mA, V) ölçülməsi;
- Nisbi xəta səviyyəsi ±0,015% olmaqla cərəyan siqnalının (mA) qenerasiyası;
- Mənbə = cərəyan konturuna enerji verilməsi üçün 24 V;
- Həm ayrıca rəqəmsal sayğac kimi, həm də alüminium və ya plastik korpusda pnevmatik və hidravlik əl nasoslarına malik olan kalibrləmə sistemlərinin tərkibində təchiz edilməsi;
- Əllə sıxılması üçün unikal tez çıxarılan fittinqlər (CPF) sistemi, o cümlədən yüksək təzyiqləri (70 MPa-ya qədər) üçün də;
- HPC40 kalibratorunun bir sıra parametrlərinin kompüter vasitəsilə dəyişdirilməsinə və lazım gələrsə, kalibratorun sazlanmasına imkan verən ödənişsiz CrystalControl proqram təminatı.