HPC50 seriyasından olan, qığılcımdan təhlükəsiz təzyiq kalibratoru təzyiq, sabit cərəyan və gərginliyi, habelə müqavimət və temperaturu ölçən yüksık dəqiqliyinə malik ölçmə cıhazıdır. Bu kalibratorlar aşağıdakıların sahə və ya laboratoriya şəraitində yoxlanması və kalibrlənməsi üçün nəzərdə tutulmuşdur:
- İzafi, mütləq və diferensial təzyiq, habelə cərəyanın göstərilməsi və qeydiyyata alınması üçün müxtəlif siferblatlı və rəqəmsal ölçü cihazları;
- müxtəlif növ təzyiq çeviriciləri;
- təzyiq relesi, texniki manometrlər;
- təzyiq siqnalizatorları.
Əsas xüsusiyyətlər:
- Qığılcımdan təhlükəsiz icrası Ex ia IIC T4/T3 Ga;
- Bir (НРС51) və ya iki (НРС52) daxili modullu modellər;
- Müxtəlif diapazonlara malik olan APMi xarici təzyiq modulları;
- Təzyiqin ±0,025% nisbi xəta ilə -0,1 ... 100 MPa diapazonunda ölçülməsi;
- Barometrik təzyiqinin ölçülməsi modulu (seçimi) olmaqla, izafi və mütləq təzyiqin eyni modullarla ölçülməsi;
- İş təzyiqində diferensial təzyiqin (təzyiq düşməsi) ölçülməsi (iki təzyiq modulu quraşdırıldıqda);
- Nisbi xəta səviyyəsi ±0,015% olmaqla elektrik siqnallarının (mA, V) ölçülməsi;
- Nisbi xəta səviyyəsi ±0,015% olmaqla cərəyan siqnalının (mA) qenerasiyası;
- Həm ayrıca rəqəmsal sayğac kimi, həm də alüminium və ya plastik korpusda pnevmatik və hidravlik əl nasoslarına malik olan kalibrləmə sistemlərinin tərkibində təchiz edilməsi;
- Əllə sıxılması üçün unikal tez çıxarılan fittinqlər (CPF) sistemi, o cümlədən yüksək təzyiqləri (70 MPa-ya qədər) üçün də;
- HPC50 kalibratorunun bir sıra parametrlərinin kompüter vasitəsilə dəyişdirilməsinə və lazım gələrsə, kalibratorun sazlanmasına imkan verən ödənişsiz CrystalControl proqram təminatı.
- HPC50 dənizdə portativ sınaq aləti kimi istifadə olunmaq üçün təsdiq edilmişdir və gəmilərin, yüksək sürətli və yüngül gəmilərin və ofşor bölmələrinin təsnifatı üzrə DNV GL qaydalarına cavab verir.