RTC seriyalı etalon temperatur kalibratorları

RTS seriyalı etalon temperatur kalibratorları -100 ... + 700°С diapazonunda temperatur ölçən cihazların kalibrlənməsi və yoxlanması üçün nəzərdə tutulmuşdur.
İş sahəsində temperaturun misilsiz stabilliyi və eynicinsliyi temperaturun yüksək dəyişmə sürəti ilə bir araya gəlir. RTC-R kalibratorlarının altı modeli konstruksiyası, temperatur diapazonları ilə seçilir və hər biri üç versiyaya (A, B və ya C) malikdir.
B və C versiyaları kalibrlənən sensorlar vasitəsilə istilik itkilərinin təsirinin dinamik kompensasiyası üçün DLC sxemi, habelə müqavimətin xarici etalon termometrinin siqnalının ölçülməsi üçün sxemlə təchiz edilmişdir. Bu termometr yoxlanan sensorun yanında quraşdırılır və kalibratordakı xüsusi çıxışa qoşulur. Bu, kalibrləməni xətaburaxma səviyyəsi ciddi şəkildə aşağı olan müqayisə metodunun köməyi ilə əhəmiyyətli dərəcədə sadələşdirir.
B versiyası yoxlanan sensorların elektrik siqnallarının ölçülməsi üçün bloka malikdir.
DLC sisteminin termometri (B, C versiyalı kalibratorlar) kalibrlənən sensorun yanında quraşdırılır, taxma trubkanın iş sahəsində temperatur fərqini ölçür və termostatın yuxarı zonasının tənzimləyicisini idarə edir. Bununla da, daxil edilən sensorların sayından və/yaxud diametrindən asılı olmayaraq, temperaturun iş sahəsində taxma trubkanın dibindən 60 mm yuxarıyadək bərabər şəkildə paylanması təmin edilir. Bu, istiliyin kalibrlənən sensorlar vasitəsilə ətraf-mühitə buraxılmasının səbəb olduğu əlavə qeyri-müəyyənliyin, demək olar ki, sıfır nöqtəsinə qədər azaldılmasına imkan verir. RTC-R termostatı ayrılıqda tənzimlənən iki (və RTC-700 modelində üç) isitmə zonasına malikdir. Aşağıdakı zonanın tənzimləyicisi təyin edilmiş temperatur dəyərini, yuxarıdakı tənzimləyici isə aşağıdakı zonaya nisbətən “sıfır fərq” temperaturu saxlayır. Bu metod iş zonasında temperaturun yüksək eynicinsliyini və temperaturun təyin edilməsi zamanı xəta səviyyəsinin aşağı olmasını təmin edir.
Termostatın -100°C-dək (quru bloklu temperatur kalibratorlarının ən aşağı temperaturu) soyudulması üçün termoelektrik soyuduculara nisbətən təqribən 6 dəfə daha səmərəli olan, unikal, qazla soyudulan, patentlənmiş Stirling istilik nasosu texnologiyası istifadə edilir.
RTC-158 və RTC-250 kalibratorları (bütün versiyalar) maye kalibratorları kimi istifadə edilə bilər. Temperatur cihazları üçün nəzərdə tutulmuş dəlikləri olan borucuq çıxarılır və termostata xüsusi yağ tökülür. Temperatur cihazları xüsusi ştativlə saxlanılır. Cihazların maye termostatında maili vəziyyətdə quraşdırılması imkanı quru bloklu temperatur kalibratorlarından fərqli olaraq, bu alətlə daha çox cihazın kalibrlənməsinə imkan verir.
Yüksək metroloji xüsusiyyətlər cihazın funksional dolğunluğu ilə bir araya gəlir. Kalibratorlar parametrlərin, stabillik meyarının və temperaturla bağlı avtomatik addımların təyin edilməsi ilə yanaşı yoxlama/kalibrləmə prosesini və nəticələrini sənədləşdirməyə, habelə yoxlamanın/kalibrləmənin kompüterdə yaradılmış tapşırıqlara müvafiq şəkildə avtomatik rejimdə yerinə yetirilməsinə imkan verir.

RTC SERİYALI KALİBRATORLARI
pdf