XP2i-DP Diferensial manometri

XP2i-DP rəqəmsal manometrləri diferensial sensorlar və manometrlərin yoxlanması və kalibrlənməsi məqsədilə sistemin iki nöqtəsində təzyiq fərqinin ölçülməsi üçün nəzərdə tutulmuşdur. Onlar vakuumun davamlı şəkildə ölçülməsi üçün də istifadə edilə bilər. XP2i-DP diferensial manometrləri süzgəc və qaz təchizatı sistemlərinin tam miqyaslı yoxlamaları, ventilyasiya, havanın kondisionerləşdirilməsi və digər sistemlərin avtomatlaşdırılması və nəzarəti üçün istifadə edilə bilər.
XP2i-DP rəqəmsal manometrləri (0Ex ia IIC T4 / T3 Ga X standartlarının qığılcım təhlükəsizliyinə müvafiq şəkildə yerinə yetirilməsi) tövsiyə edilən akkumulyator istifadə edildiyi halda təhlükəli zonalarda iş üçün sertifikatlaşdırılmışdır.
XP2i-DP manometrləri xarici təsirlərə qarşı müdafiəyə görə IP67 reytinqinə malikdir. Bu, manometrin toz daxil olmasından qorunmasını, habelə 30 dəqiqə ərzində 1 m-dək dərinliyi olan suda batdıqda işlək olmasını təmin edir. Manometrin korpusu korroziya və rütubətə qarşı son dərəcə davamlı olan, nikellə örtülmüş tökmə alüminiumdan hazırlanmışdır. Diafraqma sensorun çirklənmə və yüklənmədən qorunmasını təmin edir.
Təzyiq həddindən artıq yüklənməsi və yerə düşmədən sonra manometrlərin çoxunun göstəriciləri düzgün olmur. Bunu yalnız növbəti kalibrləmə/yoxlama zamanı öyrənə bilərsiniz. XP2i-DP sensorları zədələnmədən və ya dəqiqliyi itirmədən ciddi yüklənməyə (yuxarı həddin 650%-dək) davam gətirə bilir. Sensor zədələndiyi halda, XP2i-DP manometrinin özünüyoxlama sistemi onun istismar edilməsinə imkan vermir.
Bundan başqa, XP2i-DP manometrləri "Det Norske Veritas" şirkətinin standartlarına uyğun olaraq ofşor şərtlərində istifadə üçün sertifikatlaşdırılmışdır.
Ametek şirkəti kalibratorları və rəqəmsal manometrləri üçün əllə sıxılma, o cümlədən yüksək təzyiqin (70 MPa-dək) tənzimlənməsi üçün unikal CPF birləşmə və fitinqlər sistemi (Crystal Pressure Fitting) hazırlamışdır. CPF fitinqləri kalibratorları, rəqəmsal manometrlər, kalibrləmə nasosları üçün sürətli və etibarlı birləşmə təmin edir. Müştərinin sorğusu əsasında, bütün geniş istifadə edilən yivli birləşmə tipləri (NPT, BSP, M20x1.5 və s.) üçün xüsusi olaraq seçilmiş şlanqlar və fitinq və adapter dəstləri təchiz edilə bilər.
Əlavə olaraq seçilməsi mümkün olan DataLoggerXP proqram təminatı manometri bir düymənin basılması ilə işə salın portativ dataloqqerə çevirir. Bundan sonra cihaz təzyiqin cari göstəricisi, orta təzyiq göstəricisi, habelə onun maksimal və minimal göstəriciləri kimi parametrləri saniyədə 1 dəfə və ya daha gec tezlikilə qeydiyyata ala bilər.
Dataloqqer seçimi sizin 32 000-dək ölçməni qeydiyyata almağınıza imkan verir. Dataloqqer qeydedici cihazı əvəz edir və boru kəmərlərində sızıntı olmasının yoxlanması və quyu təzyiqinin nəzarətdə saxlanması, habelə dövri və qeyri-stasionar proseslərin qeyd edilməsi üçün tələb olunur.

XP2i-DP Diferensial manometri
pdf