HPC40 seriyalı Təzyiq Kalibratoru

HPC40 seriyalı kalibratorlar (bir daxili təzyiq modullu HPC41, iki daxili təzyiq modullu HPC42) aşağıdakıların sahə və ya laboratoriya şəraitində yoxlanması və kalibrlənməsi üçün nəzərdə tutulmuşdur

  • İzafi, mütləq və diferensial təzyiq, habelə cərəyanın göstərilməsi və qeydiyyata alınması üçün siferblatlı və rəqəmsal cihazlar;
  • müxtəlif növ təzyiq çeviriciləri;
  • təzyiq relesi, texniki manometrlər;
  • təzyiq siqnalizatorları.

Əsas xüsusiyyətlər:

  • Bir (НРС51) və ya iki (НРС52) daxili modullu modellər;
  • APM xarici təzyiq modullarınıa qoşmaq imkanı;
  • Təzyiqin ±0,025% nisbi xəta ilə -0,1 ... 100 MPa diapazonunda ölçülməsi;
  • Barometrik təzyiqinin ölçülməsi modulu (seçimi) olmaqla, izafi və mütləq təzyiqin eyni modullarla ölçülməsi;
  • İş təzyiqində diferensial təzyiqin (təzyiq düşməsi) ölçülməsi (iki təzyiq modulu quraşdırıldıqda);
  • Nisbi xəta səviyyəsi ±0,015% olmaqla elektrik siqnallarının (mA, V) ölçülməsi;
  • Nisbi xəta səviyyəsi ±0,015% olmaqla cərəyan siqnalının (mA) qenerasiyası;
  • Mənbə = cərəyan konturuna enerji verilməsi üçün 24 V;
  • Həm ayrıca rəqəmsal sayğac kimi, həm də alüminium və ya plastik korpusda pnevmatik və hidravlik əl nasoslarına malik olan kalibrləmə sistemlərinin tərkibində təchiz edilməsi;
  • Əllə sıxılması üçün unikal tez çıxarılan fittinqlər (CPF) sistemi, o cümlədən yüksək təzyiqləri (70 MPa-ya qədər) üçün də;
  • HPC40 kalibratorunun bir sıra parametrlərinin kompüter vasitəsilə dəyişdirilməsinə və lazım gələrsə, kalibratorun sazlanmasına imkan verən ödənişsiz CrystalControl proqram təminatı.
HPC40 seriyalı Təzyiq Kalibratoru
pdf