Qığılcımdan təhlükəsiz nVision təzyiq etalon qeydedici aşağıdakıların sahə, partlayış və ya laboratoriya şəraitində yoxlanması və kalibrlənməsi üçün nəzərdə tutulmuşdur:
- İzafi, mütləq və diferensial təzyiq, habelə cərəyan, gərginlik və temperaturun göstərilməsi və qeydiyyata alınması üçün siferblatlı və rəqəmsal cihazlar;
- Müxtəlif növ təzyiq datçikləri çeviriciləri;
- Texniki manometrlər;
- Təzyiq releləri.
Kalibrator müxtəlif klapanların, partlayan membranların, qeydedicilərin və digər cıhazların sınanması üçün zamanı geniş imkanlar verir.
Əsas xüsusiyyətlər:
- Qığılcımdan təhlükəsiz icrası Ex ia IIC T4/T3 Ga;
- İzafi təzyiqin və barometrik modulu quraşdırıldığı halda, mütləq təzyiqin, habelə iki təzyiq modulu quraşdırıldığı halda İş təzyiqində diferensial təzyiqin (təzyiq düşməsi) ölçülməsi;
- Təzyiqin/diferensial təzyiqin ±0,025% nisbi xəta ilə -0,1 ... 100 MPa diapazonunda ölçülməsi və qeydə alınması;
- Sabit cərəyanın, gərginliyin, müqavimətin (mA, V, Om) ±0,015% nisbi xəta ilə ölçülməsi və qeydə alınması;
- İki modulun göstəricilərinin eyni zamanda qeyd edildiyi 1 milyona qədər nöqtəyə malik dataloqqer;
- Arxa işıqlı qrafik displey;
- Möhkəm, hava şəraitinə davamlı IP67 korpusu (30 dəqiqə ərzində 1 m-dək dərinliyi olan suda batmağa imkan verir);
- Kiçik ölçülər və çəki;
- Həm ayrıca rəqəmsal sayğac kimi, həm də alüminium və ya plastik korpusda pnevmatik və hidravlik əl nasoslarına malik olan kalibrləmə sistemlərinin tərkibində təchiz edilməsi;
- Əllə sıxılması üçün unikal tez çıxarılan fittinqlər (CPF) sistemi, o cümlədən yüksək təzyiqləri (70 MPa-ya qədər) üçün də;
- Standart təchizata daxil edilmiş CrystalControl proqram təminatı kalibratorun nəzarəti, kompyuterdə məlumatların qeydə alınması və emalına geniş imkanları verir.
- nVision dənizdə portativ sınaq aləti kimi istifadə olunmaq üçün təsdiq edilmişdir və "Det Norske Veritas" şirkətinin Gəmilərin, yüksək sürətli və yüngül gəmilərin təsnifatı üzrə qaydalarına və ofşor standartlarına cavab verir.